Nazir paytaxtda qəbul keçirəcək

05

 

5 noyabr tarixində təhsil naziri Mikayıl Cabbarov Bakı şəhərində vətəndaşları qəbul edəcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qəbulda iştirak etmək üçün vətəndaşlar noyabrın 2-də saat 10:00-dan 15:00-dək və noyabrın 4-də saat 09:00-dan 18:00-dək Təhsil Nazirliyinin Qəbul otağında  və ya “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna zəng etməklə qeydiyyata yazıla bilərlər. Bundan əlavə, Təhsil Nazirliyinin saytının “Elektron müraciət” bölməsində (http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts) qeydiyyatdan keçmək mümkündür.

Qeydiyyat zamanı qəbula düşmək istəyən şəxsin adı və soyadı, müraciətinin məzmunu, təkrar müraciət olduğu halda, əvvəlki cavablar barədə məlumat qeydiyyatı aparan şəxsə bildirilməlidir.