Naziri Cəlilabadda vətəndaşları qəbul edib

 

17

 

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının binasında vətəndaşları qəbul edərək onların şikayətlərini dinləyib.

APA-nın cənub bürosunun məlumatına görə, qəbulda Cəlilabadla yanaşı, Biləsuvar, Masallı, Lənkəran, Yardımlı, Salyan və Cəbrayıl rayonlarının sakinləri iştirak edib.

Vətəndaşların müraciətlərində daha çox yerli şəraitdə müalicəsi mümkün olmayan xəstəliklərin müalicəsinə kömək edilməsi və işlə əlaqədar məsələlər üstünlük təşkil edib. Bəzi məsələlər yerindəcə həllini tapıb. Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə qeydiyyata alınıb və araşdırılması üçün nazir tabeliyində olan qurumlara tapşırıq verib.