Şadlıq saraylarında yoxlamalar olacaq

32

 

 

“Məhərrəmlik ayı başa çatan kimi şadlıq saraylarında hazırlanan yeməklərin monitorinqlərinə start verəcəyik”.

Bunu  açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, onlar vaxtaşırı bu cür monitorinqlər həyata keçirirlər: “Monitorinq zamanı əsasən şadlıq evlərində verilən qəlyanaltıların keyfiyyəti ilə əlaqədar bakterioloji müayinələr keçirib, analizlər götürüləcək. Monitorinqləri respublika ərazisində olan bütün şadlıq evlərində aparmağı nəzərdə tuturuq. Yoxlamalar yekunlaşdıqdan sonra monitorinqin nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.