Nazirin qəbul vaxtı dəyişdirildi

Nazir-2

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Qusarda vətəndaşları qəbulunun vaxtı dəyişdirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məluamata görə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq nazir Əbülfəs Qarayevin avqustun 8-də Qusar şəhərində keçirilməsi nəzərdə tutulan qəbulu bu ayın 29-na keçirilib.

Görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı problemləri dinləniləcək.