Şiə rayonunda partlayış: 40 ölü

Sia

Bağdadın şiə rayonlarından birində yerləşən bazarda avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsindən sonra 40 nəfər həlak olub.

XALQ.AZ-ın məlumatına görə, daha əvvəl İraq ordusu Mosulda “İslam dövləti” qruplaşmasının mövqelərinə zərbə vurub. Ölkə baş nazirinin mətbuat xidmətinin məlumatına görə, 60 insan həlak olub.

Qeyd edək ki, İraqda bu ilin birinci ayları ərzində şiələrin və sünnilərin qarşıdurması güclənib, həmçinin Bağdadın şiə rayonlarına hücumlar xüsusən çoxalıb.

Keçən ay İraq qoşunları cənubda “İslam dövləti”nin irəliləyişinin qarşısını almağı bacarıb.

Bununla belə döyüşçülər İraq və Suriya ərazisində xəlifənin yaradılması haqqında xəbər verirlər.