Nobel prospektində çökmə davam edir

cokme

“Bakının Nobel prospektində, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə intensivləşib. Təhlükəsizlik məqsədi ilə hadisə yeri əhatəyə alınıb”.

Xalq.az-ın məlumatına görə, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev ANS PRESS-ə açıqlamasında deyib: “Kommunikasiya qurğuları avtomobil yolunun alt hissəsindən keçir. Ona görə də bu kommunikasiya xətlərində baş verən qəzalar nəticəsində çirkab su torpağa axır. Bu zaman yolun beton örtüyünün çökməsi təbii haldır. Biz müvəqqəti olaraq bunun qarşısını almışıq. Axın davam edir, bunun qarşısını müvafiq orqanlar almalıdır”.

Qeyd edək ki, aprelin 21-də səhər radələrində Bakının Nobel prospekti, 67 ünvanında, “Azərneftyağ” neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub, bununla da asfalt-beton örtüyü tamamilə çöküb.