Novruz Aslanov seçicilərin probləmlərini həll etdi

Millət vəkili Novruz Aslanov avqust ayının 12-də İsmayıllı rayonuna növbəti səfərini edib.

Xalq.az xəbər verir ki, deputat rayonun Qaraqaya, Qəndov və Yeniyol kəndlərində seçicilərinin səyyar qəbulunu keçirib. Qəbul sanitar-epidemioloji qaydalara uyğun olaraq keçirilib. Qəbulda iştirak edən sakinlər əsasən kəndlərin internet və içməli su problemi, həmçinin sosial və fərdi məişət problemləri ilə bağlı deputata müraciətlər ediblər.

Bəzi məsələlər operativ olaraq həll edilib, həlli vaxt tələb edən məsələlərlə bağlı problemlər qeydiyyata alınaraq aidiyyəti üzrə qurumlara müraciətlərin ediləcəyi bildirilib.