Polis atası özünü asdı

Qax

Ötən gün Qax rayonunda çürümüş meyid tapılıb. Qax rayon Prokurorluğunun müstəntiqi İlqar Səfərovun verdiyi məlumata görə, meyid asılmış halda tapılıb.

Belə ki, hadisə Qaxbaş kəndində baş verib. Meyidi yaxınlıqda yaşayan qonşular tərəfindən tapılıb.

Araşdırmalar zamanı meyidin 1949-cu il təvəllüdlü Papiaşvili Leonid Semyonoviçə aid olduğu məlum olub. Onun intihar etdiyi bilinib.

“Meyid çürüyüb və iylənib. Ehtimal olunur ki, o, özünü 3 gün bundan əvvəl asıb. Meyit tibbi ekspertizadan keçirilib. Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Onun intihar etdiyi məlum olub”, – deyə İlqar Səfərov bildirib.

Leonid Papiaşvili 3 uşaq atasıdır. Lakin övladlarının hərəsi bir yerdə yaşayırmış. Kişiyev də tək qalırmış. Bir müddət əvvəl həyat yoldaşı rəhmətə gedib. Leonid Papiaşvili yenidən evlənmək istəyib. Lakin onun övladları buna razı olmayıblar. Kişi özünü öldürəcəyini desə də, heç kəs ona fikir verməyib.

Qeyd edək ki, Leonid Papiaşvilinin oğlu Gürcüstan Respublikasında polis orqanında işləyir. Qızları isə ərdədirlər.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.