Polis mayorunun oğlu tutuldu

Tutuldu

Bir necə gün öncə Qubada evə olan basqınla bağlı 3 nəfər saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxslər – Qusar rayon Suduroba kənd sakini Xanbutayev Murad Oruc oğlu, Quba rayon sakinləri Abdurrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğludur.

E.Qarayevin Quba Rayon Polis Şöbəsinin sahə müvəkkili, polis mayoru İmran Qarayevin oğlu olduğu bildirilir. Dəstəyə də məhz onun başçılıq etdiyi bildirilir.

XALQ.AZ-ın məlumatına görə, polis mayoru İ. Qarayev də APA-ya oğlunun saxlandığını təsdiqləyib. “Həmin gün mən əməliyyat qrupunun üzvü idim. Hadisə yerinə də getmişəm. Ev sahibinin atası Zakir Ağayevlə dostluq münasibətlərimiz var. Kimliyindən asılı olmayaraq, qanunsuz əməl törədən cəzasını çəkəcək”.

Qeyd edək ki, basqın hadisəsi mayın 21-də gecə saatlarında Quba rayonu, Zərdabi kəndində yaşayış evinə olub. Ağayev Azər Zakir oğluna məxsus evə gecə saatlarında bir neçə nəfər daxil olub. Hadisə yerindən soyğunçulara aid sənədlər tapılıb.