Polis qanunsuz ticarətlə mübarizə aparır

02

 

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı yayıb

Son zamanlar bəzi mətbuat vasitələrində paytaxt polisinin metro stansiyalarında müəyyən qəzetlərin satışına qadağı qoyması haqqında mənbəyi məlum olmayan məlumatlar verilir. Bu məlumatların həqiqətə uyğun olmadığını rəsmən qeyd etməklə yanaşı, bildiririk ki, səyyar qəzet satışı ilə əlaqədar mütəmadi olaraq şikayətlər daxil olur.
Vətəndaşlar əsasən ictimai yerlərdə və nəqliyyatda, avtomobil yollarında, hətta tıxaclarda səyyar qəzet satışından şikayət edir və bu sahədə müəyyən qayda-qanun yaradılmasını tələb edirlər. Odur ki, polis paytaxtda qanunsuz ticarətin qarşısının alınması çərçivəsində qəzetlərin də satışında müvafiq qayda-qanunun yaradılmasına nəzarət edir.
Bir daha vurğulamaq istərdik ki, polis ümumilikdə qanunsuz ticarətlə mübarizə aparır, söhbət hansı qəzetin satılmasından yox, harada satılmasından gedir.