Prezident onları təltif etdi

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif Qədir oğlu İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib.

XALQ.AZ-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

****

Ramiz Ağarza oğlu Məlik “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.