Prezident səfiri geri çağırdı – Sərəncam

XALQ.AZ xəbər verir ki,  Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Müvafiq sərəncamı prezident İlham Əliyev bazar ertəsi, noyabrın 12-də imzalayıb.

 

Orxan