Putinin keçmiş arvadına elçi düşdü

Putin-3

Rusiya prezidenti Vladimir Putinin aprelin 17-də canlı yayımda rusiyalılarla ünsiyyəti zamanı keçmiş həyat yoldaşı Lyudmila Putinə barədə dediklərindən sonra keçmiş birinci xanımla evlənmək üçün ilk müraciət edilib.

Virtualaz.org saytı xəbər verir ki, Novosibirskdən pensiyaçı Yuri Babin KİV vasitəsilə Lüdmilaya “ürəyini və əlini təklif etmək istədiyini” bildirib.

Xəbər verildiyi kimi, Putin “Rusiyanın yeni birinci xanımı nə vaxt olacaq” sualına belə cavab vermişdi: “Mənə hələ keçmiş arvadım Lüdmila Aleksandrovanı ərə vermək lazımdır, yalnız bundan sonra özüm barədə düşünə bilərəm”.

Pensiyaçı Yuri Babin isə bu gün “RİA Novosti” agentliyinə bildirib ki, o, 2008-ci ildən subaydır və Lüdmila Putina ilə evlənmək istəyir: “Mən bu haqda hələ iki ay əvvəl fikirləşməyə başlamışdım. Ancaq dünən Vladimir Vladimiroviç bir daha ürəyimdən xəbbər verdi. Ümid edirəm ki, xəyalım gerçəkləşəcək”.

Y.Babin deyib ki, o, Putinlə həmyaşıddır.

Bəs novosibiriskli pensiyaçı hansı yolla Lüdmila Putinaya evlənmək təklifini çatdırmaq istəyir?

Y.Babin bildirib ki, o, Lüdmilanın bu haqda KİV-lərdən xəbər tutacağına inanır.

Yuri Babin Rusiyada tanınmış adamdır. Belə ki, o, bir qəpiklik dəmir pulların kollesiyaçısı olub və topladığı 7,5 ton ağırlığında 5 milyon qəpiyi satışa çıxarıb. O, kolleksiyası üçün 19,9 milyon rubl istəyib və bununla da “qəpik milyonçusu” adını alıb.

Həmçinin Y.Babin Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyaya qaçan keçmiş əməkdaşı Eduard Snoudenə öz kottecində qalmaq üçün 5 otaq təklif etməsi ilə də tanınır.