Deputat nazirliklərdən şikayətləndi

4

“Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır”.

XALQ.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov deyib. Millət vəklili Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluqları törədənlərin bəzi nazirliklər tərəfindən cəzalandırılmadığını bildirib.

Millət vəkili deyib ki, 2013-cü ildə Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin institutlarında müəyyən qanun pozuntularına rast gəlinib: “Bu gün yeni layihələrə 1 milyarda dollara qədər vəsait ayrılıb. İstərdim ki, bu layihələrə də Hesblama Palatası nəzarət etsin.

Vahid Əhmədov satınalma ilə bağlı yeni təklif də irəli sürüb: “Satınalma ilə bağlı qanuna da yenidən baxılmalıdır. Bu sahədə problemlər mövcuddur. Həmçinin Hesablama Palatasına əlavə səlahiyyət də verilməlidir. Hesablama Palatasının hesabatını yüksək qiymətləndirirəm və səs verirəm”.