Rusiyada adam vuran şəxs Bakıda tutuldu

Hebs

Bakıda Rusiyada cinayət törədən şəxs saxlanılıb.

Xalq.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Saxlanılan şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Elxan İsmaylzadədir.

Onun uzun zamandır Rusiyada axtarıldığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.