Qənirə Ataşovaya “hücum” etdilər

 

45

ANS telekanalının əməkdaşı, tanınmış teleaparıcı Qənirə Ataşova avtoxuliqanların təzyiqinə məruz qalıb.

Xalq.az aznews.az-a istinadən  xəbər verir ki, bir neçə gün öncə tanınmış teleaparıcı Sumqayıt şəhəri ərazisində şəxsi avtomobilini idarə edərkən avtoxuliqanlar ona “hücum” ediblər.

Məlumata görə, avtoxuliqanlardan biri tanınmış iş adamlarından birinin oğludur və ANS rəhbərliyinin ciddi təzyiqlərindən sonra o, hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılıb.

Qənirə Ataşova hadisəni saytımıza təsdiqləyib: “Bəli, Sumqayıtda avtoxuliqanların hücumuna məruz qaldım. Maşınımı sıxışdırdılar.

Bu vaxt ərazidəki polislər onları saxlayıb tədbir görülməsi üçün aidiyyəti polis bölməsinə apardılar. Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.