Qəzalı binada yaşayan sakinlər narahatdır

Xəzər rayonu, “Şimal Dres” deyilən ərazinin Dəniz küçəsi 3 ünvanında yerləşən üçmərtəbəli yataqxana tipli yaşayış binası qəzalı vəziyyətdədir. Binada 48 mənzil var.

Burada yaşayan sakinlər bildiriblər ki, bina qəzalı vəziyyətdədir.

Onların sözlərinə görə, öz hesabalarına dəfələrlə təmir etdirsələr də, hər dəfə binanın müxtəlif yerləri çökür. Bir neçə gün əvvəl isə 2-ci mərtəbənin tavanı uçub.

Qeyd olunub ki, əraziyə baxan 130 saylı Mənzil Kommunal İstismar İdarəsinin işçiləri elə həmin gün uçmuş hissələri təmizləmək adı ilə eyvandan yerə ataraq gediblər.

İdarəsindən isə bildirilib ki, həmin bina qəzalı vəziyyətdə olduğundan əsaslı təmiri mümkün deyil, amma sabahdan uçmuş hissənin cari təmirinə başlanılacaq.