Qriqoryan Şahin Mustafayevlə görüşü konstruktiv adlandırdı

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın ilk görüşü konstruktiv keçib”.

Xalq.az  “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“Həqiqətən də, mayın 24-ü biz sərhəddə ilk görüş keçirdik. Biz bu görüşdə gələcək birgə işin təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm. Komissiyanın növbəti görüşünün tarixi hələ ki razılaşdırılmayıb, lakin görüş Moksvada baş tutacaq”, – deyə Qriqoryan söyləyib.

Bununla yanaşı, M. Qriqoryan gələn həftə Moskvada regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələləri ilə bağlı üçtərəfli İşçi Qrupunun iclasının keçiriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, bu görüşün də dəqiq tarixi hazırda razılaşdırılır.