YAP Daşkəsən rayon təşkilatı “28 May:Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda yığıncaqları davam etdirir

YAP Daşkəsən rayon təşkilatının Mərkəzi Rayon Xəstəxanası,Sukanal idarəsi,Quşçu kənd və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında “28 May:Azərbaycan dövlətçilik tarixinin şanlı səhifəsi” mövzusunda  yığıncaq keçirildi.

Yığıncaqlarda iştirak edənlər nitq söylədilər.Yığıncaq iştirakçıları nitqlərində müstəqilliyimizin əldə olunmasından,Ulu Öndərimiz Heydər Əliyevin  ömrünü xalqımıza xidmətə həsr etməsindən  və müstəqilliyimizə yenidən qovuşmaq üçün gördüyü misilsiz işlərdən,Ulu Öndərimizin layiqli davamçısı Yeni Azərbaycan Partiyasının sədri,Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı düzgün daxili və xarici siyasətdən,44 gün ərzində 30 illik vətən həsrətinə son qoyulmasından və işğaldan azad etdiyimiz ərazilərdə böyük quruculuq və abadlıq işlərinin uğurla aparılmasından söhbət açdılar.Quşçu kənd və Əli İsmayılov adına ərazi partiya təşkilatlarında gənclər və şagirdlər rəqs etdilər,şeir söylədilər.