Rəşad Mahmudov şəhid övladları ilə görüşdü

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, YAP İdarə Heyətinin üzvü, tibb elmləri doktoru Rəşad Mahmudov Astarada şəhid ailələri və onların övladları ilə görüş keçirmişdir.

Millət vəkili görüşməkdə əsas məqsədin yeni tədris ilinə başlayan şəhid övladlarına uğurlar arzulamaqla yanaşı, həm də cənab Prezident İlham Əliyevin tapşırığına əsasən bütün dövlət qurumlarının və eləcə də hər bir azərbaycanlının onların xoşbəxt qələcəyi üçün hər şey etmək iqtidarında olmasını bir daha xatırlatmaq olduğunu vurğulamışdır.

Görüşdən məmnun ayrılan ailələrlə daha sonra xatirə şəkli çəkilmişdir.