“Rabitəbank” müştərisinin pulunu mənimsəyib

Bu barədə bankın müştərisi Humay xanım bildirib. O qeyd edib ki, onlayn alış-veriş zamanı alış baş tutmasa da, kartdan pul çıxıb:

“Türk saytından alış edən zaman sayt 2 dəfə error verdi və nəticədə alış baş tutmadı. Amma pul kartımdan çıxıldı. Bankla əlaqə saxladım dedilər, ödəniş təsdiqlənib qarşı tərəflə əlaqə yaradın, qarşı tərəf də deyir bizə ödəniş keçməyib bankla əlaqə yaradın. İndi bu pulu bank mənə niyə qaytarmır?”.