Ramil Usubov vətəndaşları qəbul edəcək

 

08

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən noyabrın 23-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalq.az-a bildirmişlər ki, Ramil Usubov Sumqayıt şəhərinin, Abşeron, Qubadlı, Zəngilan rayonlarının sakinlərini qəbul edəcəkdir.
Vətəndaşların qəbulu saat 9:30-da başlanacaqdır.