Şəmkirdə dövlət bayrağımız sıradan çıxıb

 

k

Şəmkirdə dövlət bayrağımız sıradan çıxıb

 

Nazim Veyisovun etinasızlığı üzündən dövlət atributumuzun ucaldığı meydanın ətrafı zibilliyə çevrilib

 

Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə bütün rayonlarda ölkəmizin əsas atributu olan Bayrağımız üçün Bayraq Meydanları inşa edilir. Hal hazırda Bakıda dalğalanan üçrəngli bayrağımız üçün ayrılmış Meydan isə dünyada analoqu olmayandır. Bakıda Bayraq meydanı paytaxtımızda səfərdə olan qonaqları heyran edir. Bu Ölkə başçısının dövlət atributlarına göstərdiyi diqqətin bariz nümünəsidir. Xalq.az xəbər verir ki, bəzi rayonlarda icra başçıları dövlət atributuna dırnaqarası yanaşır və baxımsızlıq edirlər. Analoji olay bu yaxınlarda Şəmkir rayonunda qeydə alınıb. Əməkdaşımızın verdiyi məlumata görə, rayonda bu yaxınlarda inşa edilmiş Bayraq Meydanında asılmış üçrəngli bayrağımızın baxımsızlığı üzündən onun parçası cırılıb. Rayonun icra başçısı Nazim Veyisovun bu məsələyə dırnaqarası yanaşmasının məntiqi nəticəsidir ki, bu gün Şəmkirdə dövlət bayrağımızın sıradan çıxması müşahidə edilir. Üstəlik, o da məlum olub ki, dövlət büdcəsindən ayrılmış pulun da mənimsənilməsi halları diqqəti çəkir. Çünki bayrağın parçasının keyfiyyətsiz məhsuldan düzəldilməsi onun cırılmasına gətirib çıxarıb. Xalq.az-ın əməkdaşı onu da xəbər verir ki, Nazim Veyisov Bayraq Meydanına o qədər etinasız yanaşır ki, hətta meydanın ətrafı tamamlə zibilliyə çevrilib. Hər halda bir icra başçısının dövlət atributuna bu şəkildə yanaşması heç də xoşagələn deyil.

 

 

Qarşı tərəfindən mövqeyini dərc etməyə hazırıq

 

jp

 

 

k