“Sən elə bir zirvəsən” adlı tədbir keçirilib

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı tədbir keçirilib.

117 saylı orta məktəbdə baş tutan ədəbi-bədii kompozisiya Ulu Öndərin 100 illiyinə həsr olunub.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Ümümilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dahi şəxsiyyətin vətən uğrunda apardığı mübarizə, azadlığa doğru gedən keşməkeşli yolu haqqında məlumat verilib və sənədli film nümayiş olunub. Şagirdlərdə vətənpərvərlik ruhu aşılanıb.

Daha sonra məktəblilər müxtəlif səhnəciklər nümayiş etdirərək bir-birindən maraqlı şeirlər səsləndirib və mahnı oxuyublar.