Sabah BDU-da aksiya keçiriləcək

BDU

Sabah Bakı Dövlət Universitetində aksiya keçiriləcəyi ilə bağlı məlumat yayılıb.    BDU tələbələrinin verdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb tələbələrdən kəsr üçün pul yığılması olub. Tələbələr bununla bağlı sosial şəbəkələrdə “Kəsr üçün pul verməyək” adlı çağırış elanları yayıblar.   Bu elandan sonra Jurnalistika fakültәsinin dekanı Şamil Vәliyev həmin çağırışa qoşulan tәlәbәlәri otağına çağırıb. Tәlәbәlәrin sözlәrinә görә dekan onları valideynlәrinә şikayәt edәcәyi ilә hәdәlәyib ki, aksiyaya qatılmasınlar.   Qaynar.info-ya məlumat verən tələbələr bildirib ki, dekan onları təhqir və təhdid də edib. Ancaq tələbələr sabah saat 13:30-da aksiya keçirməkdə israrlıdırlar