Zibil daşıyan maşın “Nissan”-ın üstünə aşdı

Zibil mashini

Xalq.az xəbər verir ki, Paytaxda yol-nəqliyyat hadisəsi baş verib.   Hadisə bu gün saat-da 22.00-da Xocalı prospektində qeydə alınıb.   İlkin məlumata görə, qəza məişət tutlantıları daşıyan 99 CC 880 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib.   Bundan sonra yük maşını 99 BJ 484 dövlət nömrə nişanlı “Nissan Qashqai” markalı minik avtomobili ilə toqquşaraq aşıb.   Zibil daşıyan maşının aşması nəticəsində əraziyə xeyli sayda məişət tutlantıları dağılıb.   İlkin məlumata görə, “Nissan Qashqai” markalı minik maşının sürücüsü xəsarət alıb