“Senzuranın ləğvi Milli Mətbuatın dayaqlarının gücləndirilməsinə təkan verdi” – Deputat

“22 iyul 1875-ci il… Tarixin keşməkeşli dövrlərinə sinə girərək həqiqətlərin carçısı rolunu oynayan, oyanışın təbliğatçısı olan Milli Mətbuatımız bugün 148-ci ilini qeyd edir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi yaxın keçmişimizdə, xüsusilə Ümummilli Liderin xalqın iradəsi ilə hakimiyyətə qayıtmasından etibarən mətbuatın azad və müstəqil fəaliyyətinə dövlət dəstəyi, o cümlədən söz və mətbuat azadlığının dövlətin demokratik inkişafının əsas tendensiyalarından olaraq qəbul edilməsi, mətbuatda senzuranın ləğvi öz növbəsində Milli Mətbuatın dayaqlarının gücləndirilməsinə təkan verdi”.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, bu gün 148 yaşını qeyd edən Azərbaycan mətbuatı hərbçilərimizlə, diplomatlarımızla  çiyin-çiyinə qələmi və sözü vasitəsilə düşmən təxribatlarına, dezinformasiyalarına qarşı istiqrarla mübarizə aparır: “Bu şərəfli vəzifənin icraçıları olan jurnalistlər və mətbuat işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirəm”.