Xaçmazda Milli Mətbuat Günü qeyd olunub

Xaçmaz Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə Xaçmaz qəzetinin və “ARB Günəş” televiziyasının bir qrup əməkdaşı ilə görüş olub.

Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova mətbuat nümayəndələrini təbrik edib, onlara peşələrində uğurlar arzulayıb.

Qeyd edib ki, Həsən bəy Zərdabidən başlayan və 148 illik tarixi olan Azərbaycan milli mətbuatı özünəməxsus ənənələr yaradıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkəmizdə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mətbuat işçiləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə Xaçmaz Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.