Şeyxə orden verildi

Seyx

Gürcüstan prezidenti Georgi Marqvelaşvili avqustun 29-da Prezident sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və bütün Gürcüstanın katolikos-patriarxı II İliyanı qəbul edib.

Gürcüstan Prezidenti Administrasiyasından Trend-ə verilən məlumata görə, G.Marqvelaşvili Allahşükür Paşazadəni “Şəfəq” ordenilə təltif edib.

Dövlət başçısı Gürcüstan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, müxtəlif konfessiyaların nümayəndələrinin dinc şəraitdə yaşamasına verdiyi töhfəyə görə QMİ sədrinə təşəkkür edib. Mükafatlandırma mərasimində Milli Məclisin deputatları da iştirak ediblər.

Öz növbəsində, Şeyxülislam A.Paşazadə Gürcüstan Prezidentinə minnətdarlığını bildirərək qeyd edib ki, mükafatı iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsində xidmətlərinin tanınması kimi qiymətləndirir.

QMİ sədri Gürcüstana avqustun 29-da səfər edib və burada 65 illik yubileyini qeyd edəcək.