“Onun sevinci mənim sevincimdir”

Lale-1

Əməkdar artist Lalə Məmmədova yeni doğulan övladının şəkillərini yayıb.

XALQ.AZ-ın məlumatına görə, bir neçə ay öncə doğulan qızının şəkilini “İnstagram” səhifəsində paylaşan müğənni fotoya “Onun sevinci mənim sevincimdir” şərhini verib.

Xatırladaq ki, L.Məmmədova yanvarın 3-də dünyaya gələn övladına Çinarə adı verib. Bu, ifaçının ikinci qızıdır. Onun Nərgiz adlı daha bir qızı var.

Lale