Şoyqu haradadır? – İstefa verəcək?

Rusiya Federasiyasının Müdafiə Nazirliyinə yaxın olan “Rıbar” teleqram kanalı bildirib ki, “Vaqner” RMC-nin rəhbəri Yevgeni Priqojinin tələblərindən biri də müdafiə naziri Sergey Şoyqunun və Baş Qərargah rəisi Valeri Gerasimovun
istefasıdır.

Üsyanın Rusiya Müdafiə Nazirliyinin rəhbəri üçün əlverişli şərtlərlə dayandırıldığını nəzərə alsaq, sonda Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinin kənarlaşdırılacağını deməyə əsaslar var.
Bundan əvvəl Kreml Priqojinlə ölkənin Müdafiə Nazirliyində kadr məsələlərinin müzakirə olunmamasını şərh edib.

Qeyd edək ki, Rusiyada muzdlu “Vaqner” qruplaşmasının dövlət çevrilişinə cəhdindən sonra susqunluğunu saxlayan müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən azad edilib-edilməməsi müzakirə olunur.

Kremlin sözçüsü Dmitri Peskov məsələnin Putinin imtiyazında olduğunu, Britaniya qəzetləri isə Şoyqunun vəzifədən uzaqlaşdırıla biləcəyini iddia edib.