“Təfəkkür” Universiteti Azərbaycanda ən mənasız universitetdir”

 

27

 

Fəzail Ağamalı: “Orada oxuyanları, oxumaq istəyənləri anlaya bilmirəm”

“Əlimdə fakt olsa ki, hansısa universitetdə rüşvət alınır, korrupsiya halları baş verir, dərhal bunu ictimailəşdirərəm”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı ali məktəblərdə rüşvət yığılması ilə bağlı iddialara cavab verərkən belə deyib.

Onun sözlərinə görə, mətbuat ümumi şəkildə məsələni qabartsa da, konkret faktları qabartmır: “Artıq dünya müasirləşib, istənilən informasiyanı rahatlıqla əldə etmək mümkündür. Belə bir şəraitdə abstrakt şəkildə kimlərisə ittiham etmək gülünc səslənir. Bir millət vəkili, partiya sədri olaraq yalnız konkret faktlarla, sübutlarla danışmağı sevirəm. Əlimdə fakt olsa ki, hansısa universitetdə və ya müəssisədə rüşvət alınır, bunu dərhal ictimailəşdirərəm”.

““Təfəkkür” Universitetinin fəaliyyəti daha çox mətbuatda tənqid olunur. Sizcə, bu nə ilə bağlıdır” sualımıza cavabında millət vəkili bildirdi ki, “Təfəkkür” Universiteti Azərbaycanda ən mənasız universitetdir: “Orada oxuyanları, oxumaq istəyənləri anlaya bilmirəm. Burada nə normal təhsil verirlər, nə normal idarəçilik var, nə də müasir standartlar”.