Tərtərdə sürücü avtoqəzada öldü

08

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Tərtər rayonunda “ZİL” markalı yük avtomobili idarəetməni itiriərək dərəyə düşüb.

Xalq.az xəbər verir ki , dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü 1962-ci il təvəllüdlü Xurşudov Neymət Heydər oğlu hadisə yerində vəfat edib.

Xilasedicilər deformasiya uğramış avtomobilindən meyiti təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.