Təyyarə alovlandı

84

İçində 250 sərnişin olan təyyarə alovlandı

Yanğın təyyarə hava limanına eniş etdikdən sonra başlayıb

Kanadada içərisində 250 sərnişin olan təyyarə alovlanıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, təyyarə Pierre Trudeau hava limanına endikdən sonra qorxu dolu anlar yaşanıb.
“Boeing 767” tipli təyyarənin yük hissəsində yanğın başlayıb. Dərhal təyyarədəki 250 sərnişin və 8 heyət üzvi təcili çıxış qapısından çıxarılıblar. Təyyarədən çıxarılan sərnişinlər təşvişlə hara getdiklərini bilmədən qaçışmağa başlayıblar. Bu da hava limanı ərazisində qarmaqarışıqlığa səbəb olub.
Hadisə zamanı 2 nəfərin yaralandığı, 5 nəfərin isə tüstüdən zəhərləndiyi bildirilir. Yanğının səbəbi bəlli deyil.