Taekvandoçumuz gümüş medal qazandı

2

Yeniyetmələrin 2-ci Yay Olimpiya Oyunlarında Azərbaycan taekvandoçusu Ceren Özbek 44 kiloqram çəki dərəcəsində ikinci yeri tutub.

XALQ.AZ-ın məlumatına görə, finalda tailandlı Paniak Vonqpattanakita məğlub olan C.Özbek Azərbaycana taekvando idman növündə ilk olimpiya medalını qazandırıb.

Qeyd edək ki, taekvandoçumuz yarımfinal görüşündə Böyük Britaniya idmançısı Abiqel Stonza qalib gələrək finala çıxmışdı.