İcra başçısının oğlu yeni vəzifəyə təyin olundu

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu Seymur Qaraşov yeni vəzifəyə təyin olunub. 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Qaraşov Seymur Taleh oğlu FHN-nin Daxili Tədqiqat İdarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifədən əvvəl Seymur Qaraşov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini idi.