Xaçmaz Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Müşavirədə yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli, əhalinin qaz, işıq, su, yol və rabitə ilə təchizatı istiqamətində görülən işlər eləcədə qarşıda duran vəzifələr ətrfalı müzakirə edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev suvarma suyuna olan təlabatın ödənilməsi, yerlərdə yol təsərrüfatının mövcud vəziyyəti, abonentlərin elektrik enerjisi, qaz, rabitə və internetlə təchizatı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bu sahələr üzrə mövcud nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib.
Müşavirədə yay mövsümünün gəlişi ilə əlaqədər olaraq yol kənarlarının, park və xiyabanların təmiz saxlanılması, yaşıllıqlara aqrotexniki qulluq məsələsi də müzakirə olunub.
İcra başçısı verilmiş tapşırıqların icrası ilə bağlı xidmət təşkilatlarının rəhbərləri və yerli icra nümayəndələri qarşısında konkret tələblər qoyub. Qeyd edib ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları bu və ya digər məsələləri nəzarətdə saxlamalı yarana biləcək nöqsanlar qısa zamanda aradan qaldırılmalıdır.
İclasda verilmiş tapşırılqara uyğun olaraq fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.