Türkiyədə zəlzələ olub

04

 

Türkiyənin Mərmərə bölgəsindəki Tekirdağ vilayətində səhər saatlarında 8 yeraltı təkan qeydə alınmışdır. Boğaziçi Universitetinin Kandilli rəsədxanasının məlumatına görə, zəlzələnin gücü Rixter cədvəli ilə 4,3 baldan 4,7 baladək olmuşdur. Yeraltı təkanların episentri isə Mərmərə dənizinin 7 kilometr dərinliyində olmuşdur.
Türkiyə Nazirlər Kabineti Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin məlumatına görə, zəlzələ nəticəsində heç bir dağıntı və tələfat olmamışdır.