Türklər azərbaycanlı jurnalisti təhqir etdilər

Jurnalist

“Amerikanın səsi” radiosunun əməkdaşı Dilşad Əliyarlının tvitterdə paylaşdığı xəbər onun təhqir olunmasına səbəb olub.

XALQ.AZ-ın məlumatına görə, azərbaycanlı jurnalistin “Yaraqlılar Mosulda Türkiyə Konsulluğunu ələ keçirdi” başlığı ilə paylaşdığı xəbər türkiyəli izləyicilər tərəfindən yanlış anlaşılıb.

Türkiyədən olan tvitter izləyiciləri başlıqda istifadə edilən “yaraqlılar” sözünə görə jurnalisti “tərbiyəsiz” ifadə işlətməkdə ittiham edərək üzr istəməsini tələb ediblər