Ülvi Quliyev idmançıları təltif etdi

Karate üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında 28-ci ölkə birinciliyi, böyüklər və para karateçilər arasında 31-ci ölkə çempionatının açılış mərasimi keçirilib.

Xalq.az xəbər verir ki,mərasimin əvvəlində çempionatda iştirak edəcək komandaların paradı baş tutub. Ardınca Ülvi Quliyev idmançılara uğurlar arzu edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin idmana yüksək diqqət və qayğı göstərdiyi bildirib: “Azərbaycan bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bütün dünyada idman ölkəsi kimi tanınır”.Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarış dekabrın 3-dək davam edəcək.