Uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilib

19 iyul 2023-cü il tarixində AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Şirvan Şəhər İcra Hakimiyyətininbirgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev İli” çərçivəsində Şirvan şəhərində uşaq və yeniyetmələr üçün Futbol Festivalı keçirilmişdir.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatları İltizam Yusifov, Arzu Nağıyev, Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev, Şirvan Şəhər Məhkəməsinin sədri Etibar Hümbətov, Şirvan Şəhər
polis şöbəsinin rəisi Fizuli Əhmədov, məçqçilər, valideyinlər və rayon ictimayyətinin nümayyəndələri iştirak etmişdir.

Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatları Rauf Əliyev, Arzu Nağıyev, İltizam Yusifov və Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Asif Əliyev Ümummilli lider, Azərbaycanın xilaskarı , Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində və dövlət quruculuğunda əvəzsiz rol oynadığını bildilər. Qeyd olundu ki, hazırda bu siyasət Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə iştirak edən 50 uşaq və yeniyetməyə futbola marağı artırmaq məqsədilə idman geyimləri və toplar verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Gələcəkdə belə tədbirlərin digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulmuşdur.