Xalq artistinə ağır itki

11

 

Məşhur xanəndə, Azərbaycanın xalq artisti Firuz Səxavətin atası dünyasını dəyişib.

Xalq.az AzVision.az-a istinadən məlumatına görə, xanəndənin 84 yaşlı atası Əmirxan Məmmədov dünən axşam saatlarında namaz qıldığı zaman səcdədə olarkən qəflətən halı pisləşib və dünyasını dəyişib. Mərhum bu gün Binəqədidə torpağa tapşırılacaq.

Qeyd edək ki, Firuz Səxavət mərhum xanəndə Səxavət Məmmədovun kiçik qardaşıdır.

Allah rəhmət eləsin.