Xudatda bayram konserti

Xaçmazda 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar təşkil olunan möhtəşəm bayram konserti böyük coşqu ilə qarşılanıb.

Rayonun Xudat şəhərində əsaslı şəkildə yenidən qurulan Nizami Gəncəvi adına parkda keçirilən konsert proqramında respublikanın tanınmış incəsənət ustaları bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.

Bayram konsertinə atəşfəşanlıqla yekun vurulub.