Yalan məlumat verən şəxs tutulub

14

 

Dekabrın 10-u saat 23.32-də naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək Balakən rayonu ərazisindəki körpünün altına bomba qoymasını bildirib.Xalq.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Balakən RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində məlumatın Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.