Yasamalda binada partlayış olub

05

 

Bakı şəhəri, Yasamal rayonunda 5 mərtəbəli yaşayış binasında partlayış baş verib. Xalq.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzildə (mənzildə təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində mənzilin dəhlizinin döşəməsi və təmirə aid olan materiallar 8 kv.m sahədə yanıb, mənzilin pəncərələri çərçivədən çıxıb. Yanğın zamanı mənzildə usta işləyən vətəndaş əl nahiyəsindən yanıq xəsarətləri alıb və təcili yardım xidməti tərəfindən Yanıq Mərkəzinə aparılıb.