Zaxarova Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüş şansını yüksək qiymətləndirib

Rusiya Xarici İşlər Nazirliyi yaxın gələcəkdə Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşünün keçirilməsi perspektivlərini qiymətləndirib.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə belə görüşün keçirilməsi şanslarının çox yaxşı olduğunu bildirib.

 

O, ekspertlərin görüşün keçirilməsi üzərində çalışdıqlarını vurğulayıb.

Zaxarova, görüşün tarixi konkretləşdikdən sonra bunu mütləq şəkildə açıqlayacaqlarını əlavə edib.