Zeynəb Xanlarova Şuşada-Foto
Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.
Xalq artisti Zeynəb Xanlarova Şuşa azad olduqdan sonra ilk dəfə Şuşaya gedib.
XALQ.AZ xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkədə paylaşım edib.
O, Xalq artisti ilə Cıdır düzündən fotosunu paylaşaraq bunları yazıb:
“Zeynəb xanım azad Şuşaya ilk dəfə gəlir. Xoş oldu Cıdır düzündə böyük sənətkarımızla görüşmək”.