Aydın Əliyev Beylaqanda qəbul keçirəcək

8

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Beyləqanda vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitənin sədri, gömrük xidməti general-leytenantı A.Əliyev aprelin 25-də saat 11:00-da Beyləqan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 7) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların – Beyləqan, Füzuli, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Xocalı, Laçın rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.