Bakının mərkəzində avtomobil aşıb

29

 

 

Gənclik” metrostansiyası yaxınlığındakı yol qovşağında avtomobil aşıb. Xalq.az xəbər verir ki ,  “90 SN 704” dövlət nömrə nişanlı “Lexus” markalı avtomobil Atatürk prospektindən “Nəriman Nərimanov” metrostansiyası istiqamətində hərəkət edərkən aşıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəlib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan yoxdur.

Qəzaya səbəb kimi sürət həddini aşma göstərilir.