Cəmil Həsənlinin məqsədi qarışıqlıq yaratmaqdır

 

88

Milli Şura”nın prezidentliyə namizədi olan Cəmil Həsənlinin Azərbaycana qayıtmasının səbəbi yalnız qarışıqlıq yaratmaqdır”. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov vurğulayıb ki, prezident seçkilərində iştirak etmiş hər hansı bir fərdin uduzması ona xaricdə yer verməyə əsas yaratmır: “Gərək Cəmil Həsənli elə şou düzəltsin ki, ona xaricdə sığınacaq versinlər. Cəmil Həsənli ancaq qeyri-qanuni mitinqlərə çağırışlar edir və gördüyünüz kimi, bu gün də Konstitusiya Məhkəməsini çayxana, mitinqlə səhv salıb. Cəmil Həsənlinin əsas məqsədi odur ki, yaxın müddət ərzində qarışıqlıq salsın, qanunu pozsun, buna qarşı hər hansı bir fiziki təsir olsun. Ona ABŞ-da “Green Card” hazırlayıblar. İndi o, həmin kartı alıb Azərbaycandan getmək həvəsindədir. Siz bunun şahidi olacaqsınız”.

Siyavuş Novruzov hazırda Milli Şuranın məqsədinin qarışıqlıq yaratmaq olduğunu diqqətə çatdırıb: “Misal üçün, Bakı şəhər İcra Hakimiyyətinə heç bir müraciət etməyiblər, amma deyirlər ki, müraciət etmişik. Sərbəst toplaşma azadlığı haqqında qanuna əsasən istənilən partiya, ictimai təşkilat öz etiraz aksiyasını keçirə bilər. Lakin bunlar müraciət etmədən deyirlər ki, mitinq keçirmək istəyirik, özü də Fəvvarələr Meydanında! Yəni bu da aydındır – stadionda mitinq keçirəndə gördülər ki, insanlar gəlmir, adi balaca bir stadionun 40 faizini doldura bilmirlər. Ona görə də, Fəvvarələr Meydanında qarışıqlıq yaratmaq istəyirlər”.